İran fikir dəyişdirdi: BAEA ilə qarşılıqlı əlaqəni davam etdirəcək
03
iyl
2025
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı əlaqəni davam etdirəcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.
"Əməkdaşlığımız təhlükəsizliklə bağlı aşkar səbəblərə görə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının vasitəsilə həyata keçiriləcək", - deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti Tehranın BAEA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləyib.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...