Bakıda qarajda hadisə
03
iyl
2025
21:14
Bakının Binəqədi rayonunda yaşayış məntəqələrinin birində yanğın hadisəsi baş verib.
BU barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Azadlıq prospekti 187 ünvanında yaşayış binalarının həyətində yerləşən qarajda VAZ-2107 markalı maşın yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vəkil Elşad Məmmədov HƏBS EDİLDİ
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayətləri...