"Azər bəzi şeyləri gizli saxlayırdı" - Sənət yoldaşları onu ad günündə yad etdilər

Azər bəzi şeyləri gizli saxlayırdı - Sənət yoldaşları onu ad günündə yad etdilər
Video
Digər 140

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktyor Azər Baxşəliyevə həsr olunub.

Verilişdə onun dostları və həyat yoldaşı aktyorla bağlı xatirələrini bölüşüblər.

"Azərlə heç vaxt münasibət qurmaq istəmirdim. Düşünürdüm ki, onunla dostlaşmaq qəliz olar. Lakin Azərin daxili gözəlliyini, insani keyfiyyətlərini görəndən sonra fikrim 180 dərəcə dəyişdi. Xəstə olanda biz ona ürək-dirək verməkdən Azər bizi sakitləşdirir, "düzələcək" deyirdi", - deyə A.Baxşəliyevin dostu, rejissor Rövşən Ağayev bildirib.

Aktyorun həyat yoldaşı Nigar Baxşəliyeva onun pozitiv insan olduğunu, çox yaxşı anlaşdıqlarını söyləyib.

"Daha öncə mənə xəstəliyindən bəhs etmişdi. Ailə qurandan 1 il yarım sonra özünü pis hiss etməyə başladı. Həkimə getdi, öyrəndik ki, vəziyyəti yaxşı deyil, böyrək köçürülməlidir. Anası da böyrəyini ona verdi. Ötən il doğum günümdə 30 yaşım tamam olurdu. Bu problemlərdən o qədər yorulmuşduq ki. Ona "30 yaşım çox fərqli keçəcək, həyatım tamam dəyişəcək" dedim. Həyatım dəyişdi, amma yenə də mənfi yönə", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Astrologiyada bəzi bürclərin daha çətin ünsiyyət quran, təklik sevən və ya insanlarla asan dostluq qura bilməyən xüsusiyyətlərə malik olduğu düşünülür. Bu o dem...

149 Digər 23:59 03 iyul 2025

Son xəbərlər