Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb

"Hizbullah" hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirir ki, bunun üçün İsrail Livan ərazisini tərk etməlidir: "Livan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarını tədricən tərksilah etmək və Litani çayının şimalından geri çəkmək təklifi ilə razılaşıb. Hərəkat həmçinin İsraildən təcavüz etməmək üçün güclü təminat istəyib".
Xatırladaq ki, iyulun 1-də "Livan 24" xəbər portalı ölkə rəhbərliyinin ABŞ-nin İsraillə münaqişənin həlli üçün təklif etdiyi planı təsdiqlədiyini və bu planda İsrail qoşunlarının bu ilin noyabrına qədər ölkənin cənubundan çıxarılması müqabilində "Hizbullah"ın tərksilah edilməsini nəzərdə tutduğunu bildirib.
Livan və İsrail arasında vasitəçi olan ABŞ-nin Türkiyədəki səfiri Tom Barak iyulun 7-dən 10-dək diplomatik missiya ilə Beyruta gələcək. O, respublika prezidenti, baş nazir və parlament sədri ilə görüşəcək.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
