Dövlət başçısı İlham Əliyev Cəlilabad rayonuna yeni icra başçısı təyin edilməsi haqda sərəncam imzalayıb. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2018-ci il.

BAKU.WS