Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Ermənistan mətbuatında böyük səs-küyə səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, "Aykakan jamanak" qəzeti yazır ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında yeni proses başlayır. Qəzetin iddiasına görə, "Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı danışıqlar başlayıb. Etibarlı mənbələrdən qəzetə daxil olan məlumata görə, Rusiya Ermənistanı Azarbaycana bir neçə rayonu verməyə inandırmağa çalışır.
 
Rəsmi Moskva ümid edir ki, bunun sayəsində Azərbaycan Avrasiya iqtisadi ittifaqına daxil olmaq barədə razılıq verəcək. Bu mövzu Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana dünənki səfərinin gedişatında prioritet olub. 
 
"168 jam" qəzeti isə Rusiya XİN rəhbərinin Ermənistana səfərinin səbəbini belə izah etməyə çalışıb: "Lavrov hansısa bir ciddi missiyayla Ermənistana gəlib. Məqsəd Ermənistan hakimiyyətini nəyəsə inandırmaq və ya hər hansı güzəştə nail olmaqdan ibarətdir".
 
Şahin Həbibov
BAKU.WS