300 kiloqram ağırlığında tac hazırlandı - FOTO
Böyük Britaniya kralı III Çarlz üçün Londonda yerləşən tarixi "Westminster Abbey" kilsəsində tac qoyma mərasimi keçirildi.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tac qoyma bitsə də, ölkə ərazisində bununla bağlı təşkil edilən tədbirlər davam edir.
Bu münasibətlə mərkəzi ərazilərdən birində nəhəng tac hazırlanaraq ictimaiyyətin ziyarətinə təqdim edilib. 5 metr uzunluğu olan tac 300 kiloqram ağırlığındadır.
Onun hazırlanmasında 36 fərqli rəngli şüşədən istifadə edilib. Tac mayın 11-nə qədər ziyarətə açıq olacaq. Hazırlanan nəhəng tac xeyli marağa səbəb olub. Yerli sakinlər və turistlər bura gələrək fotolar çəkdiriblər.
Oxşar xəbərlər
Britaniya kralının tacqoyma mərasimi gələn il keçiriləcək
Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi gələn il iyunun 3-də paytaxt Londondakı Vestminster Abbeyində keçiriləcək. BAKU.WS "report"a istinadən xəbər...