Latviyalı spiker: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik
Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
BAKU.WS xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, səfərinin məqsədi ölkələr arasında parlamentlərarası əməkdaşlığı dərinləşdirməkdir:
“Parlament dostluq qrupları arasında mövcud sıx əməkdaşlıqla yanaşı, parlamentlərimizin müxtəlif komitələri və ya komissiyaları arasında daha sıx əməkdaşlığın qurulması imkanlarını müzakirə etdik. Məsələn, təhsil, mədəniyyət sahəsi, ölkələrimiz arasında tələbə mübadiləsinin qurulması və bir çox başqa imkanlar barəsində fikir mübadiləsi apardıq”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...