SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə keçirilən Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir.

Bu barədə BAKU.WS-ə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb.

Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir.
2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir.

Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova iştirak edir.

COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycan QHT-lərini qlobal tədbirdə təmsil edir.

BAKU.WS
QALEREYA