SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı deputat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib.

"Report"un yerli bürosu xəbər verir ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı Azərbaycanın bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Səməd Seyidov vitse-prezident seçilib.

Xatırladaq ki, Assambleyada vitse-prezidentlər hər il sessiyanın ilk günü seçilirlər və onların sayı hazırda doqquzdur. Vitse-prezidentlər növbəti sessiyaya qədər vəzifələrində qalırlar.

BAKU.WS