SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.

"Report" xəbər verir ki, bu barədə onun atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə danışıb.

"Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.

Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılan casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini deyib.

Martin Rayanın atası Riçard isə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

BAKU.WS