Naxçıvanda “Heydər Əliyev həftəsi” elan olunub
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilin son həftəsini (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan edib.
Nazirliyin mətbuat xidmətindən "Report"un yerli bürosuna veriləm məlunata görə, həftə ərzində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərin həsr olunmuş silsilə tədbirlər gerçəkləşəcək, tamaşa və film nümayiş olunacaq.
Belə ki, “Heydər Əliyev həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummili Lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” baş tutacaq, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən A.Babayevin “Xilaskar” tamaşası göstəriləcək.
“Heydər Əliyev həftəsi” dekabrın 29-da Ümummilli Liderə həsr olunmuş filmin nümayişi ilə yekunlaşaçaq.
Oxşar xəbərlər
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir....