SİZİN REKLAM BURADA!
055 213 76 73


“Artıq başa çatmaq üzrə olan il azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması ilə nəticələndi və Azərbaycan bu bölgəyə nəzarəti tam bərpa etdi”.

Bu sözləri Füzuli şəhərində aparılan yenidənqurma işləri ilə tanış olan və orada çəkiliş aparan Estoniyanın ERR milli teleradio yayım şirkətinin jurnalisti Anton Alekseyev deyib.

“Füzuli 2020-ci ilin payızında azad edildi. Biz işğaldan altı ay sonra operator Kristya Svirqsden ilə bura gələndə şəhər xarabalıqdan ibarət idi. Bu gün isə Füzuli sıfırdan yenidən qurulur”, - deyə jurnalist vurğulayıb.

O bildirib ki, vaxtilə doğma şəhərini tərk etmək məcburiyyətində qalan mindən çox insan artıq Füzuliyə qayıdıb.
Öz növbəsində estoniyalı jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsinin müşaviri İslam Əmirxanov bildirib ki, hələlik dövlət məcburi köçkün olmuş füzulililərin doğma yurduna məskunlaşdırılmasına üstünlük verir.

“Daha sonra, təbii ki, istənilən şəxsin buraya köçmək hüququ olacaq. Amma indi prioritet Füzuli sakinlərinə verilir”.

BAKU.WS
VİDEO