SİZİN REKLAM BURADA!
055 213 76 73


MDB İcraiyyə Komitəsi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yazılı dəvət alıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB müşahidəçilər missiyası Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərində, həmçinin Belarusda keçiriləcək parlament seçkilərində fəaliyyət göstərəcək: “Gələn il təşkilatımızın aparıcı dövlətlərində seçkilər ilidir... Biz hələ Azərbaycandan yazılı dəvət almışıq, çünki ilk öncə seçkilər bu ölkədə keçiriləcək”.

O xatırladıb ki, daha sonra Belarusda parlament (25 fevral), bunun ardınca Rusiyada prezident seçkiləri (17 mart) təşkil olunacaq: “Belarus və Rusiyadan şifahi dəvətlər gəlib”.

BAKU.WS