SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə “Cənubi Qafqazdakı daimi sülh perspektivini” müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə IRNA-nın Azərbaycan bürosu teleqramda bildirib.

“İran İslam Respublikasının səfiri BMT-nin Azərbaycan Respublikasındakı əlaqələndiricisi ilə görüşüb və müzakirə edib”, - IRNA nəql edib.

Qeyd olunub ki, görüşdə İsrailin Qəzzadakı hərəkətləri ilə yanaşı, “Cənubi Qafqazda davamlı sülh perspektivi, Xəzər dənizi hövzəsində ekoloji məsələlər və iqlim dəyişikliyi müzakirə edilib və fikir mübadiləsi aparılıb”.

BAKU.WS