Qalıq yanacaqlardan imtina edən ölkələr alyansın daha da genişlənəcəyini gözləyirlər

İspaniya, Keniya və Samoa - Dubayda keçirilən COP28 iqlim dəyişikliyi konfransı çərçivəsində BOGA “Post-neft və qaz alyansı" təşəbbüsünə qoşulmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə iştirakçılar alyansa üzv ölkələrin energetika nazirlərinin mətbuat konfransında bildiriblər.
Fransanın ətraf mühit və energetika naziri Barbara Pompilin qeyd edib ki, onun ölkəsi milli səviyyədə ənənəvi enerji resurslarının inkişafı və istifadəsindən imtina etmək üçün bir sıra qərarlar qəbul edib.
Onun sözlərinə görə, alyans ölkələri 2040-cı ildən sonra yeni karbohidrogen ehtiyatlarının işlənməsindən də imtina etməyi planlaşdırır, qalıq yanacaqların istehsalı və istehlakının planlı və mərhələli şəkildə dayandırılması tələb olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
