VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyənin paytaxtı Ankarada “Sheraton Otel”də Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbərliyi ilə beynəlxalq tədbir keçirilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət göstərən 40-dan çox ölkənin diplomatik nümayəndələri, onların həyat yoldaşları iştirak edib, o cümlədən mətbuat nümayəndələri, paytaxt sakinləri qatılıblar.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı Günel Məmmədovanın rəhbərliyi ilə təşkil olunan stendlərdən birində Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif konservləşdirilmiş məhsullar, şərab növləri, kiçik xalça nümunələri və digər suvenirlər nümayiş olunub.

Sərgidə əsasən Asiya ölkələrinə məxsus çeşidli plovlar olsa da, ən çox üstünlük Azərbaycan plovuna verilib. Bundan başqa Azərbaycan şərabları da ziyarətçilərin marağına səbəb olub.

Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Tailand, Çin, Filippin, Banqladeşə məxsus rəqs və şou nümunələri təqdim edilib. Azərbaycan milli rəqsləri rəğbətlə alqışlanıb.

Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbəri Şebnem Akçapar “Report”un Ankara bürosuna bildirib ki, tədbirin ərsəyə gəlməsində rəhbərlik etdiyi təşkilatın, o cümlədən xaricdə və Ankarada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mənsublarının və həyat yoldaşlarının 8 aylıq əməyi var.

Ankarada fəaliyyət göstərən Azərbaycan, Küveyt, İraq, Makedoniya, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, Niderland, Dominikan, Filippin, İran stendində təmsil olunan diplomatik nümayəndələr “Report”a açıqlamalarında xeyriyyə tədbirini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.

Dərnək illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib və bu fəaliyyətləri davam etdirir.

BAKU.WS
QALEREYA