Britaniya Bakı və İrəvanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir

08
dek
2023
18:42
Böyük Britaniya Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti “X” sosial şəbəkəsində yazıb.
“Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanatı çox ruhlandırıcıdır. Bu ölkələrə son səfərim zamanı vurğuladığım kimi, Britaniya ölkələrin tarixi və davamlı sülhə nail olmaq səylərini tam dəstəkləyir”, - o vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
