SİZİN REKLAM BURADA!
055 213 76 73


Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançık Ömuralıiyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə açıqlamanı alqışlayıb.

Bu barədə TDT məlumat yayıb.

“Birgə açıqlama regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxaracaq birbaşa dialoq yolunda atılan ilk addımdır.

Həmçinin bildirilib ki, açıqlama münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin təzahürüdür.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

BAKU.WS