SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya ilə İran arasında qarşılıqlı əlaqələr son bir neçə ildə yaxşı inkişaf edir”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.

“Biz tərəqqi və inkişafa nail olmuşuq. Hesab edirəm ki, bugünkü danışıqlar ölkələrimizin potensial imkanlarının reallaşdırılması üçün yeni əlverişli şəraitin yaradılmasına kömək edə bilər”, - o bildirib.

O, Rusiya ilə İranın energetika, kənd təsərrüfatı, təhsil sahələrində əməkdaşlıq etdiyini, həmçinin universitetlər arasında mübadilə aparıldığını da qeyd edib.

“Bütün bu sahələr üzrə, əlbəttə ki, keyfiyyətli addımlar atıla bilər, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun olacaq”, - İ.Raisi əlavə edib.

BAKU.WS