SİZİN REKLAM BURADA!
055 213 76 73


Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.

Festivalın üçüncü günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ekspo Mərkəzini ziyarət ediblər.

Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

Qonaqlara məlumat verilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilir. Bildirilib ki, festivalda iştirak üçün 159 əcnəbi şagird ölkəmizdə səfərdədir. Onlar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət ediliblər.

Festival dekabrın 8-dək davam edəcək.

BAKU.WS
QALEREYA