VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verlişin qonağı isə, jurnalist politoloq, alim, siyasi şərhçi kimi tarixin müxtəlif dönəmlərində ermənilərin törətdiklərini, onların türklərə qarşı tarixi düşmənçiliyini tutarlı fakt və elmi dəlillərlə dünya ictimaiyyətinə çatdırmağa çalışan İsrafil Məmmədovdur.

İsrafil Süleyman oğlu Məmmədov- nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi 8 noyabr 1927 Zəngəzur qəzası, Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943-44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib.

1944-48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948-1951-ci illərdə Ermənistan Lenin Kommunist Gənclər İttifaqının Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. 1987-89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrini icra etmişdir.

1971-ci ildən Ermənistan SSR əməkdar jurnalisti, 1972- ci il tarix elmlər namizədi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci il Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub.

Bu ona sovetin kəskin qılıncı altında ermənilərin məkrli siyasətinin, onların qərəzli münasibətinin bədəlini ödəmək sayəsində baş tuta bilirdi. Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən tarixi mənbələri müxtəlif dillərdə tərcümə etməsi təbii ki, onlara xoş gəlmirdi.

Anası Mərzə xanım, atası Süleyman kişi 1905-ci ildə 1918-ci illərdə qaçqın olublar. İranın Ücdibin kəndinə gedib çatan Süleyman kişi hətta İsrafildən böyük iki oğlunun qəbrini özü qazıb basdırmalı olub.

I Dünya Müharibəsində müəllim kimi fəaliyyət göstərən İsrafil ermənilərin bütün fitnə-fəsadını yaxşı bilirdi. Rus, erməni dilini mükəmməl bildiyini və böyük zehniyyət sahibi olduğunu bilən, anlayan ermənilər, sən çox yaxşı bilicisən, alimsən lakin təəssüf ki, türksən deyirdilər.

O zaman Erməni-Azərbaycan münaqişəsinin qızğın çağında köç başlayanda İsrafil Məmmədov 18 yaşlı dünyasını dəyişmiş oğlunun məzarını belə düşünmədən ancaq arxivi üçün narahat olur və mən arxivimi götürməmiş heç hara getməyəcəm deyir. Və onun bu arxivi kitablar, sənədlər qarışıq 1000 kq yaxın imiş. Bütün bunlar onun uzun müddət tədqiq etdiyi danılmaz faktlar idi.

Rus və erməni dilində etdiyi tərcümələrı onun ədəbi yaradıcılığını geniş şaxələndirir.

Sovet dövründə yazdığı həqiqətlər o zamanlar böyük cəsarət tələb edirdi.
O, yazırdı: vaxtilə bu yerlər Oğuz türklərinin olub. Burada ermənilər yaşamayıb, ermənilər sonradan gəlib. Erməni aşıqlarının Azərbaycanca oxumasını, hətta Sayat Novanın azərbaycanlı olmasını qeyd edirdi. Səyyad onun adı Nov isə kiçik bulaq anlamında onun təxəllüsüdür deyirdi. Təbii ki, bu iddia və fakt o dövrün erməni mövqeyini dəstəkləmirdi.

Mənim vaxtım az, görəcəyim işlərsə çoxdur deyən alim ömrünü sürəkli işləməyə həsr edir. Daşqarların yəni daş abidəlırin tarixini tədqiq edirdi.

İsrafil Məmmədov da tarix yaradan şəxsiyyətlərdən idi. Üstəlik, tarixi yaratmaqla qalmır, həm də onu yazırdı. “Sovet Ermənistanı” qəzetində baş redaktor işlədiyi 35 illik uzun dövr ərzində o Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımızın hüququnu müdafiə edir, onların sözçüsünə çevriliri, çox zaman Ermənistan rəsmiləri ilə təkbaşına mübarizə aparırdı. Azərbaycanlıların bu ölkədə qarşılaşdığı problemləri həll etməyə çalışmaqla yanaşı, erməni xəyanətlərini çəkinmədən qələmə alırdı.

1968-ci il… İrəvan… və onun dəqiq tarixi faktlarlnı üzə çıxaran İsrafil Məmmədovun bu misilsiz xidmətlərindən hiddətlənən erməni millətçiləri, yaşadığı mənzil… Ermənilər bu mənzili partlatmışdılar. Xoşbəxtlikdən ailə həmin vaxt evdə olmadığından bu terror hadisəsindən sağ-salamat qurtulmuşdular.

Bütün bu yaşananlar təbii ki, İsrafil Məmmədovun səhətində də ağır izlər buraxır. Bakıya sığındıqdan sonra dörd qaçqın ailəsi ilə bir mənzildə yaşayan alim dəfələrlə infakt keçirır, görmə qabiliyyətinin 80%-ni itirmişdi. Özünün dediyinə görə, onun ürəyini param-parça edən yurd nisgili yaşamasınonu rahat buraxmır. Doğma yurduna dönmədən həyatla vidalaşmaq istəməyən alim, nə yazıq ki, bu nisgilini də özüylə son mənzilə apardı.

Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda sələndirilmişdi. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdirlə qarşılanmışdır. Cənab Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülmüşdür.

İrəvanı qədim türk şəhəri,oğuz məskəni, bənzərsiz mədəniyyət mərkəzi adlandıran İsrafil Məmmədov qıribçilik taleyini diz çöküb pərvazlna çıxmaq istədiyim şəhəri yaşadanlara ürəkdən pay olsaydı əsirgəməzdim deyir.

Tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil Məmmədov Qərbi Azərbaycan tarixini yazaraq özü də tarixə döndü.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO