SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun Şuranın Katibliyi olacaq.

BAKU.WS xəbər verir ki, Katiblik Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri həyata keçirir.

Onun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icra edib.

Şuranın Katibliyinin tərkibini Şuranın sədri müəyyən edir. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:

- Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

- Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

- Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;

- Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

- imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;

- Şuranın iclas protokollarının və qərarlarının surətlərini Şura üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

- Şuranın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

- Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;

- Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

- Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

- Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

- Şuranın iclasları Şuranın sədri tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

- Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

- Şuranın iclaslarının nəticəsi Şuranın sədri və iclasda iştirak edən üzvlər tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

- Şuranın qərarlarının icra vəziyyəti barədə məlumat bu Əsasnaməyə əsasən Prezidentə təqdim olunan hesabata daxil edilir.

- Şuranın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatı Şuranın sədri və yaxud onun razılığı ilə Katiblik Şuranın internet saytında yerləşdirilir.

- Şuranın yenidən təşkilini və ləğvini Prezident həyata keçirir.

BAKU.WS