Kaori İşikava: “Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika var”

“Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika müşahidə olunur”.
“Report” xəbər verir ki, bunu "UN Women" təşkilatının regional koordinatoru Kaori İşikava noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
“Azərbaycan gender bərabərliyi və insan hüquqlarının müdafiəsi məsələlərində nümunə ola bilər”, - o bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təmin edilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biridir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyət...
