SİZİN REKLAM BURADA!
055 213 76 73


"44 günlük müharibədən sonra da ərazidə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini minalamağa davam etdilər".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Qanunsuz erməni silahlı birləşmələri regionda stabilliyə böyük təhdid formalaşdırırdılar. 24 saatlıq antiterror tədbirləri ilə Azərbaycan ərazilərini qanunsuz silahlı birləşmələrdən təmizlədi. Qeyd etməliyəm ki, işğal dövründə ermənilər bu ərazilərə çoxlu sayda silah daşıyıblar. Hətta ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan dəfələrlə bu istiqamətdə beynəlxalq ictimaiyyətə çağırışlar edib. Heç vaxt reaksiya görməmişik", - o bildirib.

BAKU.WS