2026-cı il yekun sülh ili olacaqmı?

2026-cı il yekun sülh ili olacaqmı?
Video
Siyasət 12

"Global Panorama"nın budəfəki buraxılışında Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin müsbət istiqamətdə irəliləməsi və Zəngəzur dəhlizinin açılmasının regional sabitlik və inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Verilişdə bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə verdiyi müsahibədə münaqişənin bitdiyini və iqtisadi inkişaf üçün genişmiqyaslı layihələrin ön plana çıxdığını qeyd edib.

Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq nəqliyyat və enerji əməkdaşlığında mühüm rolu olacağına diqqət çəkilib. Eyni zamanda bölgədəki sabitliyin təmin olunmasında Azərbaycanın sülh təkliflərinin önəmi vurğulanıb.

Proqramda Azərbaycanın regionda genişmiqyaslı iqtisadi layihələrə yönəlməsinin və bu layihələrin həm Ermənistan, həm də digər qonşu ölkələrlə əməkdaşlığın inkişafına təsir edəcəyinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sülhün bərqərar olması üçün ən vacib addımların atıldığı, amma Ermənistanın siyasi vəziyyətinin hələ də qeyri-müəyyən olduğu da qeyd edilib. Gələcəkdə Ermənistanın daxili vəziyyətindəki dəyişikliklərin regiondakı sabitliyə təsir edəcəyi proqnozlaşdırılıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər