VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni Xarici İşlər naziri təyin edilən Hakan Fidanı təbrik edib.

C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Qardaş Türkiyənin yeni Xarici İşlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”.

Qeyd edək ki, Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı da paylaşım edib:

“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.

BAKU.WS