Ceyhun Bayramov Hakan Fidanı təbrik etdi - FOTO

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni Xarici İşlər naziri təyin edilən Hakan Fidanı təbrik edib.
C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir:
“Qardaş Türkiyənin yeni Xarici İşlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”.
Qardaş #Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram!#Azərbaycan 🇦🇿-#Türkiyə 🇹🇷 arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm.@MFATurkiye
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 3, 2023
Qeyd edək ki, Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı da paylaşım edib:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım @MevlutCavusoglu-na dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram! 🇦🇿🇹🇷 pic.twitter.com/a2lincXUNo
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 3, 2023
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
