18 yaşlı qıza qarşı təcavüz qalmaqalı - İndi də Hazal Kayaya 2 il həbs istənilir - FOTO
Türkiyənin bəzi tanınmış simaları - Melek Mosso, Ezgi Mola, Farah Zeynep Abdullah və Hazal Kaya 18 yaşlı gənc qıza təcavüz etdiyi iddia olunan Musa Orxana “təcavüzkar” dedikləri üçün ittiham edilirlər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb 3 il öncə intihar edən İpek Er adlı gəncin son məktubudur.
Belə ki, gənc qız məktubunda Musa Orxan adlı şəxsin ona təcavüz etdiyini bildirib. O, tapança ilə özünü güllələyərək intihara cəhd göstərib və 34 gün sonra 18 avqust 2020-də xəstəxanada dünyasını dəyişib.
Daha əvvəl öz tvitter hesabında Musa Orxana qarşı paylaşım edərək onun barəsində “təcavüzkar” ifadəsini işlədən Ezgi Mola 6960 lirə cərimə edilmişdi. İndi isə Hazal Kaya sənət yoldaşına dəstək verərək həmin şəxs barədə paylaşım etdiyi üçün hakim qarşısına çıxarılır.
Kaya barəsində “səsli və ya video mesajla ictimaiyyət qarşısında təhqir etmə” ittihamı ilə ittiham aktı hazırlanıb və 2 il 4 aya qədər həbs cəzası istənilib.
Qeyd edək ki, Musa Orxan 18 yaşlı İpek Erə təcavüz etdiyinə görə, cəmi 6 günlük həbsdən sonra sərbəst buraxılıb.
Qalereya
Oxşar xəbərlər
“Türkiyə - tək ürək” kampaniyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb - YENİLƏNİB
“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə...