SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib. 
 
Azərbaycan Prezidenti Rusiyanın Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə dəyər verdiyini və buna görə təşəkkür etdiyini bildirib.

İlham Əliyev danışıqlar prosesinin fəallaşdığını vurğulayıb: "Bu danışıqlar ən dinamik danışıqlardır”.

Azərbaycan Prezidenti, həmçinin ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ üzrə danışıqlarda müsbət dinamika davam edəcək.
Dövlət başçısı qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.

İki ölkənin müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinə toxunan Prezident İlham Əliyev deyib ki, əsas vəzifə bu münasibətlərin möhkəmləndirilməsindən ibarətdir.

Azərbaycan Prezidenti Rusiya ilə münasibətləri dostluq və tərəfdaşlıq münasibətləri adlandırıb.
 
BAKU.WS