Putin Obamaya zəng etdi: Qarabağ problemi müzakirə olundu
ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in (Rusiya, ABŞ, Fransa) Minsk qrupunun həmsədr ölkələrindən birinin başçısı kimi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında iyunun 20-də Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşün yekunları barədə Obamaya məlumat verib.
Putin qeyd edib ki, Rusiyada danışıqların təşkili münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə yardım və sülh prosesinin inkişafına şəraitin yaradılması zərurətindən irəli gəlib.
Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Putindən növbəti Qarabağ həmləsi
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək. ANS PRESS-in məlumatına görə,...