Britaniya səfiri helikopter faciəsi ilə bağlı Azərbaycan dilində başsağlığı verdi

30
noy
2021
21:31
Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp şəhid hərbçilərlə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, diplomat Xızıda baş vermiş helikopterlə bağlı başsağlığını Azərbaycan dilində yazıb.
"Bugün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə səfirin paylaşımında bildirilir.
Oxşar xəbərlər
Dövlət Komitəsində Böyük Britaniyanın səfiri ilə görüş keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp...
