11 sentyabr terrorundan 18 il ötür
11
sen
2019
09:58
18 il əvvəl, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.BAKU.WS xəbər verir ki, rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.
Oxşar xəbərlər
“Boeing” qəzada ölənlərin ailələrinə 100 milyon dollar paylayacaq
“Boeing” şirkəti Efiopiya və İndoneziyada təyyarə qəzalarında ölənlərin ailələrinə ümumilikdə 100 milyon dollarlıq yardım edəcəyini açıqlayıb.BAKU.WS İHA-ya ist...