Günün Yekunu - 20 yanvar 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 31-ci ildönümüdür.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109267
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109273
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109274
Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/109291
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109295
Türkiyənin “Haber Global” telekanalı 20 yanvar hadisələrinin ildönümü ilə bağlı süjet hazırlayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/109304
“20 Yanvar şəhidləri müstəqilliyimiz, xalq yolunda özlərini qurban verdilər”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109305
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/109314
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddindən artıq müraciətlər mövcuddur”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109316
Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə gəlib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109318
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109324
Qarabağda erməni hərbçilərinin cəsədlərinin axtarışı bu gün aparılmayacaq. Səbəb 20 Yanvar hadisələrinin il dönümü ilə bağlıdır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/109325
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...