Paşinyanın qalmaqallı məqaləsi üzə çıxdı: “Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim”

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə gəlib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.
Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.
Daha sonra isə o qeyd edir:
“Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.
Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub.

Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....
