Ermənilərə 20 Yanvar qadağası - VİDEO

Qarabağda erməni hərbçilərinin cəsədlərinin axtarışı bu gün aparılmayacaq. Səbəb 20 Yanvar hadisələrinin il dönümü ilə bağlıdır.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında yazılıb.
"Azərbaycan tərəfi bildirir ki, ermənilərin Azərbaycan ərazilərinə girməsini istəmirlər", - qeyd olunub.
Qeyd edək ki, ötən gün Ermənistanın daha bir hərbi qulluqçusunun cəsədi aşkarlanıb.
Ermənistan mətbuatının yazdığı məlumata görə, erməni əsgərinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Axtarış işləri paralel olaraq Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik vilayəti (Zəngəzur) istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.
Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.
Oxşar xəbərlər
Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı: Axtarışlar dayandırıldı
Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub. BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Erməni hərb...