Əfv Komissiyasının üzvü: Yeniliklər gözlənilir

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddindən artıq müraciətlər mövcuddur”.
Bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:
“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.
Oxşar xəbərlər
Milli Məclisdə qəbul günləri açıqlanıb
2018-ci ilin noyabr ayında Milli Məclis Aparatında vətəndaşların qəbulu günləri açıqlanıb.BAKU.WS mqəbul günlərinin əks olunduğu siyahını təqdim edir:Ziyafət Ab...