VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Türkiyənin göstərişi ilə Azərbaycan Qarabağa hücum etdi. Amma biz Ermənistana bu cür hücumları dəf etməyə kömək edəcəyik".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək, amma qələbə onsuz da bizim olacaq. 

Siyasətçinin sözlərinə görə, İran həmçinin Ermənistanın tərəfində olacaq: "Bu iki ölkə arasında yaxşı münasibətlər var. Bundan başqa İran Türkiyəyə nifrət edir. Bu vəziyyətdə Rusiya Ermənistana kömək etməyə məcburdur, çünki Ermənistanda Rusiya ordusu var. Bütün bu planlar Vaşinqtonla hazırlanır və məqsəd Rusiyanın vəziyyətini çətinləşdirməkdir. Amma bunlardan bir şey çıxmayacaq", - deyə Jirinovski söyləyib. 
 
BAKU.WS