Qızları zorlayan məşhur dini liderin daha bir dəhşətli cinayəti üzə çıxdı
21
yan
2019
10:44
Hindistanda quru (hinduizm və buddizm mistisizmində mürşid və ya ustad) ömürlük həbsə məhkum edilib. BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Britaniya mətbuatı onun 15 il əvvəl bir jurnalisti qətlə yetirdiyini yazıb. Çünki jurnalist o vaxt onun məsum qızları zorlamasından yazmışdı. Bu işin üstü açılanda isə o, iki qızı zorladığına görə artıq həbs olunmuşdu.Özünü doktor adlandıran Saint Gurmeet Singh Ram Rahim Insan 3 nəfər tərəfdarı ilə belə ağır cinayətlər törədib.Qətlə yetirilmiş jurnalistin oğlu Anshul Chhatrapati məhkəmənin bugünlərdə çıxardığı hökmə belə münasibət bildirib: “Məhkəmədə qanunun hökmü təntənə çaldı. Prokuror müttəhimlərə ölüm hökmü çıxarılmasını istədi. Hakim isə ömürlük həbslə kifayətləndi. Ancaq biz bu qərardan məmnunuq”.Qurunun ötən ilin avqustunda həbsi Rohtak şəhərində ciddi çaxnaşmalara səbəb oldu. Onun müdafiəsinə qalxmış 38 nəfər polislə qarşıdurma zamanı öldürüldü. Yüzlərlə insan yaralandı.O da məlumdur ki, qurunun Haryana vilayətində 10 minlərlə tərəfdarı 400 hektarlıq ərazidə məskunlaşmışdı. Onun yaratdığı icma digər insanlarla birgə yaşamaqdan imtina etmişdi.Qeyd edək ki, Hindistanda qurular çoxdur. Onlardan bəziləri sadə insanların onlara inamından sui-istifadə edir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.BA...