İctimai xadim Anar Məmmədxanovun vəfatından 14 il ötür
Bu gün ictimai xadim Anar Məmmədxanovun anım günüdür. Onun vəfatından 14 il ötür.
"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda doğulub.
Paytaxtda 160 saylı orta məktəbi bitirib. Daha sonra 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub.
O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.
O həmdə Avrasiya Televiziya və Radio Akademiyasının akademiki olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək tutmasından vəfat edib.
Onun bir oğlu və iki qızı qalıb.
Oxşar xəbərlər
Səhnəmizin Məcnunu Mənsum İbrahimovun 66 yaşı tamam olur
Bu gün Xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür. Onun 66 yaşı tamam olur. Səhnəmizin Məcnunu, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam ra...