Füzuli şəhərində 100-ə yaxın uşağın təhsil aldığı yaradıcılıq mərkəzindən REPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli şəhərində fəaliyyət göstərən Kurmanqazı Yaradıcılıq Mərkəzində hazırda 100-ə yaxın uşaq səkkiz ixtisas üzrə təhsil alır.
Mərkəzin yaxın dönəm üçün əsas hədəfi şagirdlərin əsərlərinin beynəlxalq arenalarda təmsil olunmasını təmin etməkdir.
Görülən işlər və gələcək perspektivlər barədə danışan Horadiz şəhər Mədəniyyət Evinin direktoru Ağabala Abdullayev deyib:
"Böyük Qayıdışdan sonra Füzuli şəhərində, xüsusilə də Kurmanqazı adına Yaradıcılıq Mərkəzində çox böyük işlər görülüb. Burada yaşayan kiçik balalarımızın milli-mədəni ruhunun yüksəlməsi məqsədilə çalışırıq ki, incəsənət adamı olaraq əlimizdən gələni əsirgəməyək. İstəyirik ki, gələcəkdə də Qarabağ torpağından yetişən gənclərimiz vaxtilə Üzeyir bəy kimi, Xan Şuşinski kimi möhtəşəm ifaçılarımızın davamçıları olsunlar".
Oxşar xəbərlər
Arzu Əliyeva "Sükut içində addımlar" filminin təqdimatından paylaşım edib
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Sükut içində addımlar" sənədli filminin təqdimatından paylaşım edib. BAKU.WS paylaşımı təqdim edir: