Firəngiz Mütəllimova: "Telman Adıgözəlov vəfat edəndə də belə sarsıldım"

"Ötən gündən sarsıntı içindəyəm. Xəbəri eşidəndən səhərə qədər yatmamışam. Çox pis olmuşam. Telman Adıgözəlov vəfat edəndə də belə olmuşdum".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.
Aktrisa sonuncu dəfə həmkarına 25 gün əvvəl zəng etdiyini, amma xəstəliyi səbəbilə Ramiz Novruzun ona cavab verə bilmədiyini deyib:
"Ramiz Novruzun ölüm xəbərini eşidəndə hər şey lent kimi gözümün önündən gəlib getdi. Bu günə qədər çiyin-çiyinə işləmişik. İllərdir çalışdığın həmkarınla vidalaşmaq çox ağırdır. Həmişə mənə özü zəng edirdi. Maraqlanırdı. Sonuncu dəfə ona 25 gün əvvəl zəng etdim. Lakin geri zəng etmədi. Hiss olunurdu ki, xəstəliyi irəliləyib".
Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruz 68 yaşında mədə xərçəngindən vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
Hacı İsmayılov: "Onun vəfatı Azərbaycan incəsənəti üçün ağır itkidir"
"Ramiz kimi sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Ramiz Novruzun həyatını itirməsi hər birimizi sarsıtdı. O, filmlərə və tamaşalara çəkili...