Hacı İsmayılov: "Onun vəfatı Azərbaycan incəsənəti üçün ağır itkidir"

"Ramiz kimi sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Ramiz Novruzun həyatını itirməsi hər birimizi sarsıtdı. O, filmlərə və tamaşalara çəkilib. Onun böyük sənət yolu var. O, hər bir tamaşaçının sevincini qazanıb. Bu hər bir aktyora nəsib olmur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib. O, Ramiz Novruzun vəfatına görə ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruz 68 yaşında mədə xərçəngindən vəfat edib.
Ramiz Novruz 1955-ci ilin mayın 25-də Biləsuvarın Səmədabad qəsəbəsində anadan olub.
O, teatr sənətindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Ramiz Novruzdan danışan həmkarı: "Özü ilə bağlı bizə ürək-dirək verirdi, "hər şey yaxşı olacaq" deyirdi"
"Bir dəfə yolda onu gördüm, təxminən bir ay əvvəl olardı. Teatra gedirdi. Ona yolu keçməyə kömək etdim. Onda gördüm ki, artıq səhhəti yaxşı deyil". Bu sözləri B...