Bakıda “Paris partladı” - FOTO

Bakıda “Paris partladı” - FOTO
Foto
Mədəniyyət 446
Azərbaycan Respublikasının əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını oktyabrın 29-u edəcək.Bu barədə məlumatı teatrın baş meneceri verib. Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklərGörkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 29 oktyabr 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Quruluşçu rejissor: Elşən ƏsgərovRollarda: İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Cəmilə MəmmədliTamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.AZ onlayn bilet satış portalından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən, ASAN Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə bir neçə gün bundan əvvəl baş verib.Faktı teatrın mətbuat x...

586 Hadisə 10:15 17 sentyabr 2019

Son xəbərlər