Fidan Hacıyevadan “Sevilya bərbəri” - FOTOLAR
04
mar
2019
16:53
Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək. Tamaşada Rozina obrazını Azərbaycanın Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva canlandıracaq.BAKU.WS-in məlumatına görə, tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət edib.Rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabot) çıxış edəcəklər. Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.Məlumat üçün bildirək ki, C.Rossini yaradıcılığının zirvəsi hesab edilən “Sevilya bərbəri” operasını 1816-cı ildə qələmə alıb. İtaliya milli musiqisi, xalq mahnı və rəqslərindən istifadə etməklə bəstəkar bu əsərdə musiqinin dili ilə işıqlı aləmi, gəncliyin gücü və həyatın gözəlliyini tərənnüm edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilk dəfə 1964-cü ildə “Sevilya bərbəri” operasına müraciət edib və Xalq Artisti Şəmsi Bədəlbəylinin quruluşunda onu səhnəyə qoyub. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, rejissor Hüseyn Əliyevin quruluşunda “Sevilya bərbəri” yenidən tamaşaya qoyulub. 2009-cu ildə isə teatrda həmin quruluş bərpa edilib. Hazırda “Sevilya bərbəri” operası teatrın repertuarının bəzəyidir.BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist Molla Pənah Vaqif obrazında (FOTO)
Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif” operasının nümayişi olacaq. BAKU.WS xəbər...