Prezidentdən teatrın inkişafı ilə bağlı SƏRƏNCAM

Prezidentdən teatrın inkişafı ilə bağlı SƏRƏNCAM
Siyasət 1099
Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan teatrlarında bilet qiymətləri - SİYAHI

Azərbaycan teatrlarında bilet qiymətləri - SİYAHI

“Report” Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənib. Həmin qiymətləri təqdim edirik:Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyi...

1167 Şou-biznes 12:08 11 dekabr 2018

Son xəbərlər