Prezident İlham Əliyev Alevtina Brovkinanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkinaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Alevtina Fyodorovna,
Yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Mənim ən xoş arzularımı, möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq diləklərimi qəbul edin.
Siz dünya şöhrətli alim və istedadlı həkim kimi göz xəstəliklərinin müalicəsi üçün bir sıra qabaqcıl metodikalar yaratmısınız, onkooftalmologiyanın inkişafına sanballı töhfə vermisiniz.
Oftalmologiya sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində sizin mühüm rolunuzu xüsusi qeyd etmək istərdim. Sizin iştirakınızla Azərbaycanda onkooftalmologiya xidməti yaradılıb, bu xidmət bu gün də respublika əhalisinə yüksək ixtisaslı yardım göstərir.
Əminəm ki, sizin dəyərli təcrübənizə və dərin biliklərinizə çoxsaylı şagirdləriniz və həmkarlarınız tərəfindən həmişə tələbat olacaq.
Əziz Alevtina Fyodorovna, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə ən xoş arzularımı bildirirəm”.
Oxşar xəbərlər
“Azərxalça” ASC-nin Kürdəmir filialı istifadəyə verilib - FOTO (YENİLƏNİB)
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl...
