Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı

Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı
Dünya 37

Mütəxəssis məşqçi Ebeneser Samuel bədəndə eyni vaxtda əzələ kütləsinin artırılması və yağ faizinin azaldılmasına yönələn 4 həftəlik proqram təqdim edib.

BAKU.WS xəbər verir ki, məşqçinin proqramı həftədə 4 intensiv məşqdən ibarətdir. Məşqlərdə bədənin yuxarı və aşağı hissələri növbəli şəkildə çalışdırılır.

Proqrama rumın dartması, irəli atılmalar, çömbəlmələr, qantellərlə press və dartma hərəkətləri, trenajorlarda məşqlər, girya ilə hərəkətlər və turnikdə dartınma daxildir. Güc məşqlərindən sonra qısa müddətli yüksək intensivlikli kardio da tövsiyə olunur.

Samuelin sözlərinə görə, proqramın əsas şərtlərindən biri gündəlik kalori qəbulunun çəkini qorumaq üçün lazım olan səviyyədən təxminən 250 kalori az olmasıdır. Bununla yanaşı, gün ərzində daha çox piyada gəzmək, pilləkənlərdən istifadə etmək və əlavə gəzintilər etmək məsləhət görülür.

Məşqçi hər həftə məşq yükünün tədricən artırılmasını da vacib hesab edir. Bunun üçün çəkini, təkrarların sayını və ya məşqin çətinliyini artırmaq təklif olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər