Görkəmli aktrisa Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.
Nazirlikdən BAKU.WS-ə bildirilib ki, dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür.
Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda Kino Şurası yaradıldı
Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən...
