Azərbaycanlı aktyor beynəlxalq mükafata layiq görüldü

20
avq
2019
19:59
Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında "Ostrovski-FEST" festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.Azərbaycan Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata "Kontrabas" tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında "Məhəbbət məktubları" səhnə əsərinin quruluşuna görə layiq görülüb.Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin ifasında A.Puşkinin "Qaratoxmaq qadın" monotamaşası göstərilib.
Oxşar xəbərlər
Leyla Əliyeva: "İnşallah, hər şey həddən artıq yaxşı olacaq" - VİDEO
İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.BAKU.WS...